05.04.2018

Mingəçevir Dövlət Dram teatrında aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Bu gün Mingəçevir Dövlət Dram teatrında Kəlbəcər rayon 87 nömrəli tam orta məktəbin  və  Mingəçevir  Dövlət  Dram  teatrının birgə təşkilatçılığı ilə aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib. Məlumat üçün bildirək ki, aprel döyüşləri  zamanı  Mingəçevir  şəhərindən  4  nəfər  hərbçi  şəhid olub: Tağıyev Rahim Qara oğlu – gizir(tank komandiri). Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə”  III dərəcəli medalı ilə təltif edilib. Ailəlidir, Ülkər, Nihat  və Nicat adında 3 övladı var. 37 yaşında şəhid olub.                                       

 Qasımov  Teymur  Sabir  oğlu  - gizir. Ölümündən  sonra  “Hərbi xidmətdə fərqlənməyə görə”  III dərəcəli medalı ilə təltif edilib. 24 yaşında şəhid olub. Adilzadə  Adil  Kamran  oğlu – kiçik  çavuş.  Ölümündən  sonra  “Hərbi xidmətdə  fərqlənməyə  görə”   III  dərəcəli medalı ilə təltif edilib.  22 yaşında şəhid olub.

Əhmədov Rüstəm Oruc oğlu – kiçik çavuş.  Ölümündən  sonra  “Hərbi xidmətdə  fərqlənməyə  görə”   III  dərəcəli  medalı  ilə  təltif  edilib.  33 yaşında şəhid  olub.

Tədbirdə  şəhid  olmuş  hərbiçilərin  ailələri, döyüş yoldaşları,  Kəlbəcər RTŞ-nin  məsul  işçləri,  87  nömrəli  tam  orta  məktəbin kollektivi,  ziyalılar  və  şagirdlər  iştirak  edib.

Tədbirdə  çıxış edənlər aprel  döyüşlərinin  hərb  tariximizə şanlı qələbə kimi yazıldığını, ordumuzda və millətimizdə yüksək əhval-ruhiyyə yaratdığını bildirib.  Şəhidlərimizin döyüş yoldaşları  (baş leytenant Şahgəlliyev Ağasebi, gizir Alcanov Ceyhun,  gizir Məmmədov Sərxan və Elman Əsədullayev) şəhidlərimizin keçdiyi döyüş yolundan, mübarizliklərindən danışıb.

Tədbirin sonunda şəhid ailələrinin iştirakı ilə şəhidlərimiz haqqında  çəkilmiş film tədbir iştirakçılarına təqdim olunuv  və böyük rəğbətlə qarşılanıb.


Açar sözlər: