22.02.2018

Şagirdlərlə görüş keçirilib

Fevralın 22-si Kəlbəcər Rayon Təhsil Şöbəsində şagirdlərlə görüş keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Televiziyasının birgə layihəsi olan “Əlaçı“ intellektual televiziya layihəsində iştirak edəcək Kəlbəcər rayon ümumtəhsil məktəblərinin X sinfində oxuyan əlaçı şagirlərlə görüş keçirilib.

Görüşdə Kəlbəcər RTŞ-nin məsləhətçisi Həsənəliyev Qabil çıxış edərək bildirib ki, Təhsil Nazirliyinin və AZTV-nin birgə layihəsi olan  “Əlaçı” intellektual televiziya verilişində hər il olduğu kimi, bu il də rayonun ümumtəhsil məktəbləri üzrə X sinifdə oxuyan, öz istedadı və bacarığı ilə fərqlənən şagirdlər seçilmişdir. Əlavə olaraq qeyd edib ki, 2016-2017- ci tədris ilində rayonun 36 nömrəli tam orta  məktəbinin şagirdi Təhməzli Rəşad İman oğlu bu yarışmanın final mərhələsinə qədər yüksəlmişdir. Sonda şagirlərə yarışda rayonumuzu və təhsilimizi layiqli təmsil etməyi tövsiyyə edib.

Qeyd edirik ki, yarış 24 fevral 2018-ci il tarixdə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb  litsey kompleksində keçiriləcək.


Açar sözlər: ,