02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az internet saytında qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət etməlidirlər. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaqdır.

Ötən illərdən fərqli olaraq, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaqdır. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.


Açar sözlər: ,