Bildiririk ki, Zəngilan rayon Təhsil Şöbəsi 01 iyul 2021-ci il tarixinədək hər həftənin cümə günü saat 15:00-dan 17:00-a kimi onlayn formatda vətəndaşların videoqəbulunu həyata keçirir.
Zəngilan RTŞ tərəfindən keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbula yazılmaq üçün Zəngilan RTŞ-nin Telefon Məlumat Mərkəzi ilə (( 012) 566-81-69) əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, videoqəbulun təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların Zəngilan RTŞ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir. Videoqəbulda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.