Şükürova Elmira Əvəz qızı

Müdir

 

1954-cü ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 1962-ci ildə Kəlbəcər rayonu Zülfüqarlı kənd orta məktəbinin I sinfinə  daxil olub, 1972-ci ildə həmin məktəbi bitirib. Elə həmmin ildə Azərbaycan Dövlət Pedoqoji İnstitunun  Filologiya fakültəsinə daxil olaraq, 1976-cı ildə həmin institutu Azərbaycan-dili və ədabiyyat müəllimi ixtisası üzrə bitirib. 1976-cı ildə Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayaraq, 1978-1984-cü illərdə direktor müavini, 1984-1994-cü illərdə direktor, 1994-1998-ci illərdə Ağdam Rayon Təhsil Şöbəsi Metodkabinetində metodist, məktəb inspektoru vəzifələrində çalışıb. 1998 ci ildən  2015-ci ilin aprel ayına qədər Ağdam rayon təhsil şöbəsində müdir, 2015-ci ilin  aprelindən  bu günə kimi  Kəlbəcər  rayon Təhsil  Şöbəsinin müdiri vəzifəsində işləyir. 2003-cü ildən " I dərəcəli dövlət qulluqçusu" ixtisas dərəcəsinə malikdir. 

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 

Ailəlidir, iki övladı var.