29.05.2019

Respublika fənn olimpiyadalarının final mərhələsində Kəlbəcər rayon ümumtəhsil məktəblərindən 3 şagird iştirak edib.

Respublika fənn olimpiyadalarının final mərhələsində Kəlbəcər rayon ümumtəhsil məktəblərindən 3 şagird iştirak edib. Kəlbəcər rayon Ədalət Cəfərov adına 54 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ələkbərli Elgün coğrafiya fənni üzrə qızıl medala, Kəlbəcər rayon 67 nömrəli tam orta məktəbin X sinif şagirdi İmaməliyev Ülvi biologiya fənni üzrə bürünc medala və Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbin XI sinif şagirdi Salahova Saniyə tarix fənni üzrə iştirakçı sertifikatına layiq görülüb.