18.10.2018

Azərbaycan Dövlət Müstəqillik Gününə həsr edilmiş dərs

Hər zaman fəallığı ilə seçilən Kəlbəcər rayon 2 nömrəli  tam orta məktəbin ingilis dili müəllimi Fərzəliyeva  Aynur  8b  sinifində  dərsini 18  oktyabr Azərbaycan Dövlət Müstəqillik Gününə həsr edib. Dərsdə şagirdlərə müstəqilliyimizin qazanılma tarixi barədə video çarxlar nümayiş etdirib. Şagirdlər bu gün barədə çıxışlar edib, şeirlər söyləyib. Şagirdlərdən Xuduyev Natiq əsgər geyimində dərsdə iştirak edərək şagirdlərdə vətənpərvərlik ruhunun nə dərəcə zəngin olduğunu bildirib. Dərs müddətində həmçinin müxtəlif yarışlar keçrilib. Dərsin sonunda ingilis dili müəllimi Fərzəliyeva Aynur şagirdlərdə belə yüksək vətənpərvərlik hissi olduğu üçün onları alqışlayıb və fəxr etdiyini bildirib.


Açar sözlər: ,  ,  ,