26.02.2018

"Xocalı faciəsinin " 26 - cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Bu gün respublikamızın və dünyanın bir çox yerində olduğu kimi Kəlbəcər rayon ümumtəhsil məktəblərində də  "Xocalı faciəsinin " 26 - cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Gəncə şəhərində Kəlbəcərli məcburi köçkünlər üçün salınmış Yeni Qəsəbədə fəaliyyət göstərən Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbdə də Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib.Tədbirdə RTŞ - nin müdiri Elmira xanım Şükürova çıxış edərək faciə gününün onun üçün xüsusilə ağır olduğunu, 26 il bundan öncə həmin gün Ağdamda Xocalıları gözü ilə gördüyünü, dəhşətli anları onlarla bərabər yaşadığını deyib. Bizim hər birimizin bütün Xocalılara həyatımız boyu borclu olduğumuzu vurğuladı. Prezidentimizin, güc nazirliklərimizin Xocalılara qayğısından danışıb.Bundan sonra bir daha belə faciələr yaşamamağımız üçün qarşıdan gələn seçkilərdə hər birimizin İlham Əliyevə səs verməyimizi tövsiyyə edib.Daha sonra Kəlbəcər RİH nın şöbə müdiri Aytac Rüstəmova çıxış edərək Xocalı faciəsinin dünyanın bu günə kimi baş vermiş faciələrindən ən dəhşətlisi olduğunu bildirib.

Sonda Kəlbəcər rayon 9 , 10 və 11 nömrəli tam orta məktəbin şagirdləri və Kəlbəcər rayon 4 nömrəli uşaq bağçasının uşaqları soyqırıma həsr olunmuş kompozisiyalar təqdim ediblər.